Tarkan konsertində tərli dəsmalını ona verdi VİDEO

02.02.2026

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Meqastar Tarkan 7 illik uzun fasilədən sonra İstanbulda ard-arda konsert verib. 

"Unikal" xəbər verir ki, "Volkswagen Arena"da baş tutan konsertlərin birində maraqlı anlar yaşanıb. 

Belə ki, konsert zamanı ön sıralarda əyləşən pərəstişkarı ilə göz-gözə gələn Tarkan çıxışını bölmədən ona dəsmalını verəcəyini bildirib. Şounun növbəti dəqiqələrində tərini sildiyi qara dəsmalı onlarla insanın arasından məhz söz verdiyi fanatına doğru atan Meqastar həm centilmen davranışı, həm də pərəstişkarları ilə qurduğu səmimi münasibətə görə alqışlanıb.

Tarkanın tərli dəsmalını tutan fanat sevincindən qışqıraraq emosiyalarını gizlədə bilməyib. Həmin anları lentə alan şanslı pərəstişkar yaşadığı həyəcanı sosial mediada “Manifest etmişdim, mənə gələcəyini bilirdim” qeydi ilə paylaşıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью