Tarkan səhnədə hönkür hönkür ağladı

27.04.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Anası vəfat etdikdən sonra ilk dəfə konsert verən Tarkan səhnədə hönkür-hönkür ağlayıb.

Oxu.Az "En Son Haber" saytına istinadla xəbər verir ki, Türkiyənin pop ulduzu 68 yaşlı anası Neşe Tevetoğlunun vəfatından sonra Avropa turnesinə davam edib.

O, Almaniyanın Ştutqart şəhərində pərəstişkarları qarşısında konsert proqramı ilə çıxış edib.

Arxasında anasının şəklinin proyeksiya edildiyi səhnədə Tarkan "Uzun ince bir yoldayım" mahnısını oxuyaraq, hönkür-hönkür ağlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью