Tarkan zirvədən endi, yeni ulduz Cem Adrian

16.07.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Türkiyəli 70 sənətçi 2024-cü ildə 525 konsert məkanında keçirilən 2704 konsertdən ümumilikdə 158 milyon avro gəlir əldə edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu konsertlərdən 2458-i Türkiyənin müxtəfil şəhərlərində baş tutub.

Ötən il Türkiyədə 5 milyon 898 min, xaricdə isə 467 min insan canlı ifaları dinləmək üçün bilet alıb.

Əvvəlki il 12 milyon avro dövriyyəsi ilə 2024-cü ilin çempionu olan Tarkan 2025-ci il siyahısında yoxdur. Bunun səbəbi Tarkanın 2024-cü ildə biletli konsert verməməsidir.

Beləliklə, 2023-cü ilin nəticələrini əhatə edən siyahıda ikinci olan Cem Adrian 2024-cü ildə 188 konsertlə birinci yeri tutub.

Aysel


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью