Tarkanın anası infarkt keçirərək dünyasını dəyişib

16.04.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Türkiyənin məşhur pop-ulduzu Tarkanın anası vəfat edib. Müğənninin anası Neşe Tevetoğlu Antalyada müalicə aldığı xəstəxanada infarkt keçirərək dünyasını dəyişib.  


Sherg.az xəbər verir ki, Türkiyə mediaasının yazdığına görə, Almaniyada qastrol səfərində olan müğənninin üzücü xəbərdən sonra tələsik Türkiyəyə gəldiyi bildirilir. Meqastar Tarkanın anası Neşe Tevetoğlu keçən il damar tıxanması səbəbindən İstanbulda təcili əməliyyat olunub və sağlamlığına qovuşub. 

Neşe Tevetoğlu bir müddət idi ki, ayağındakı səhhətində yaranan problemlə bağlı müalicə alırdı. Avropa turnesi çərçivəsində Almaniyada olan Tarkan üzücü xəbəri alan kimi İstanbula gəlib. Neşe Tevetoğlu sabah İstanbulda son səfərinə yola salınacaq. Neşe Tevetoğlu bir müddət ailəsi ilə Almaniyada yaşayıb, daha sonra 1986-cı ildə Türkiyəyə qayıdıb və Kocaelinin Karamürsel rayonunda məskunlaşıb. Ailə daha sonra Antalyaya köçüb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью