Tarlada işləyən Biləsuvar sakinini ildırım VURDU

16.05.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Biləsuvar sakinini ildırım vurub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Bəşirov Ramin Habil oğlu həmkəndlisi ilə tarlada çalışarkən onları yağış tutub və yağışdan qorunmaq üçün ağac altına sığınıblar. Bu zaman R.Bəşirovu ildırım vurub.

Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью