Tarlada işləyən fermer pələngin qurbanı OLDU

31.08.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanda tarlada işləyən 52 yaşlı fermer pələngin hücumuna məruz qalaraq ölüb.

Redaktor.az “The Times of India” qəzetinə istinadla xəbər verir ki, hadisə Maharaştra ştatının Bhambora kəndində baş verib.

Çarandas Vasudev İxe icarəyə götürdüyü pambıq tarlasında alaq otlarını təmizləyərkən pələng qəfil onun üzərinə hücum edib. Yırtıcı fermeri təxminən 60 metr sürüyərək yaxınlıqdakı dərəyə aparıb.

Fermerin oğlu atasını səhər yeməyinə çağırmaq üçün tarlaya gedərkən yerdə qan izlərini və sürünmə izlərini görüb. Onun kömək çağırışına qonşular gəlib və pələngi qorxudublar. Lakin fermer aldığı ağır xəsarətlər və qanaxma nəticəsində həyatını itirib.

Hadisə yerinə polis və meşə təsərrüfatı əməkdaşları gəlib. Həmin gün kənddə başqa bir sakin də pələnglə qarşılaşıb və təhlükədən son anda xilas olub.

Kənd sakinləri ərazidə mal-qaraya da hücum etdiyi bildirilən pələngin tutulmasını tələb edirlər. Meşə təsərrüfatı əməkdaşları yırtıcının axtarışına başlayıblar.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью