Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Estoniyanın “Payde” komandasının baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə keçirilən cavab oyunundan (1:1) sonra fikirlərini bölüşdü.
Futbolpress.az xəbər verir ki, mütəxəssis təşkil olunan mətbuat konfransında növbəti mərhələyə adlamalarını dəyərləndirdi:
“Çox ağır oyun oldu. Avropa kuboklarında hər hansı bir mərhələni keçmək böyük nailiyyətdir. Meydanda son saniyəyə qədər vuruşduq və əsl komanda ruhu ortaya qoyduq. Xüsusilə qapıçımız və müdafiə xəttimiz əla oyun nümayiş etdirdi. “Zirə”nin çoxlu qol epizodları olsa da, istifadə edə bilmədilər, amma futbol belədir, yaratdığın hər imkan qolla nəticələnmir”.
İki oyunun nəticəsinə əsasən “Zirə”ni üstələyən (2:1) “Payde” III təsnifat mərhələsinə vəsiqə qazanıb.