Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəli aktrisa Deniz Baysal və müğənni Barış Yurtçu boşanıb.
Axşam.az xəbər verir ki, “Taşacak bu deniz” serialında "Esmə" obrazını canlandıran aktrisa ilə musiqiçi bu gün keçirilən məhkəmə iclasında 7 illik evliliklərini rəsmən sonlandırıblar.
Təxminən 10 dəqiqə davam edən məhkəmə iclasında Deniz Baysal və Barış Yurtçu qarşılıqlı razılaşma əsasında boşanıblar.
Qeyd edək ki, cütlük 2019-cu ildə ailə qurmuşdu.