Tasnim : İranın cənub şərqindəki terrorçulara ağır zərbə endirilib

13.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İranın cənub-şərqində terrorçu qruplaşmalara qarşı mübarizə gücləndirilib, bəzi silahlılar zərərsizləşdirilib, öldürülənlər də var.

Bakıvaxtı.az "Tasnim"ə isitnadən xəbər verir ki, qruplaşmaların möhkəmləndiyi ərazilərə zərbələr endirilib.

İranın iddiasına görə, sözügedən dəstələr ABŞ və İsrail tərəfindən maliyyələşdirilir.

"Real döyüş meydanında təzyiq altında olan bu qruplaşmalar regional dəstəkçiləri və İsrail qarşısında öz zəifliklərini gizlətmək üçün informasiya müharibəsinə əl atıblar", - məlumatda bildirilib.

Daha əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ölkənin cənub-şərqindəki vəziyyətin hibrid müharibəyə doğru irəlilədini, ABŞ və bəzi ölkələrin buna dəstəyini əks etdirən sənədlərin əldə olunduğunu açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью