TASS ın baş direktorunun birinci müavini tutduğu vəzifədən azad edilib

24.07.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

APA xəbər verir ki, bu haqda sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısıdır. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2001) və Rusiya Federasiyasının əməkdar jurnalisti (2018).

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью