TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10 a yaxın ölkə təklif edib

16.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara ev sahibliyi etməyi müxtəlif qitələrdən 10-a yaxın ölkə təklif edib.

Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

“Belə ölkələrin sayı artıq 10-a yaxındır. Onların arasında həm Avropadan, həm Asiyadan, həm də digər qitələrdən ölkələr var. Bütün tərəflərin konstruktiv qərarlara hazır olduğu aydınlaşdıqdan sonra hansı məkanın seçildiyi elan ediləcək. Bu, mütləq neytral məkan olacaq”, – mənbə bildirib.

Mümkün danışıqlar məkanı kimi nəzərdən keçirilən ölkələrin adları açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью