Tatar: TDTnin ŞKTCnin haqlı davasına verdiyi dəstək və haqsız təcridlərin aradan qaldırılm…
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) haqq davasına və haqsız təcridlərin aradan qaldırılmasına verəcəyi dəstəyin əhəmiyyətini vurğulayıb.
Bizimyol.info xəbər verir ki, ŞKTC-nin Prezident Aparatından verlən məlumata görə, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısında iştirak edən Prezident Tatar təmaslarını başa vurduqdan sonra dünən səhər saatlarında vətənə dönüb.
Prezident Tatar Qırğızıstandan qayıdarkən Ercan Hava Limanında mətbuat konfransında keçirdiyi görüşlər haqqında məlumat verdi.
Sammitin rəsmi bir görüş olduğunu və ŞKTC adından orada olmaqdan məmnun olduğunu qeyd edən Tatar, bu iştirakın tarixi əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.
Sammitdə Qırğızıstan Prezidenti Sadır Çaparovun fəxri qonağı kimi ŞKTC-ni təmsil etməkdən razı olduğunu deyən Tatar, ŞKTC-nin TDT-nin bir parçası olaraq Türk dünyasına böyük töhfələr verə biləcəyini və bu istiqamətdə böyük potensiala malik olduğunu bildirib.
Türk dünyasının Şərqi Aralıq dənizində hüquq və qanunlarını müdafiə edə biləcəklərini, ŞKTC-nin gələcəkdə hava limanları və dəniz limanları ilə Şərqi Aralıq dənizində baş verəcək ciddi çevrilmələrə töhfə verə biləcəyini bildirən Tatar: “Orada Şərqi Aralıq dənizində enerji ölçüsü ilə Türk Dünyasına böyük töhfələr verə biləcəyimizi və bu mənada böyük potensiala malik olduğumuzu bildirdim”, - deyib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında: “Türk Dövlətləri Təşkilatı Şimali Kipr Türk Cümhuriyyətinin irəliləyişi və inkişafına, dünyada öz layiqli yerini tutmasına böyük töhfə verə bilər”,- deyən Tatar, Kiprdə razılaşmanın yalnız suveren bərabərlik və bərabər beynəlxalq statusla danışıqlar yolu ilə əldə oluna biləcəyini izah etmək imkanlarına sahib olduqlarını bildirdi.
Tam oxu
Xəbəri oxu