Tatarıstan dron hücumuna məruz qalıb, ölənlər var

10.08.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tatarıstan (Rusiya) avqustun 10-u səhər saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, nəticədə Nijnekamskda ölənlər var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nijnekamsk rəhbəri Radmir Belyayev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Nijnekamska kütləvi hücum davam edir.

O qeyd edib ki, pilotsuz uçuş aparatları vasitəsilə həm sənaye, həm də mülki obyektlərə zərbə endirilir.

"Təəssüf ki, ölənlər var", - R.Belyayev bildirib.

O əlavə edib ki, vəziyyət respublika rəhbərliyinin nəzarəti altındadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью