Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUAdan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub

21.12.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kazana hücum edən səkkiz pilotsuz uçuş aparatından üçü müdafiə sənayesi obyektlərinə, qalanları isə yaşayış binalarına yönəlib. APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov bildirib.

Onun sözlərinə görə, bəzi PUA-lardakı partlayıcılar işə düşməyib.

Respublika rəhbəri PUA-ların törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində işlərin aparıldığını vurğulayıb.

Qeyd edək ki, bu gün Kazan şəhəri Ukrayna PUA-larının hücumuna məruz qalıb. PUA-lardan ikisi Tatarıstan paytaxtındakı hündürmərtəbəli yaşayış binasına çırpılıb və nəticədə yanğın baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью