Tatarıstanda 6 fəhlə yanaraq öldü

24.12.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiya Federasiyasının Tatarıstan Respublikasında yanğında altı nəfər ölüb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Maloreçensk qəsəbəsində heyvandarlıq kompleksinin ərazisində fəhlələrin müvəqqəti yaşadığı evdə yanğın baş verib.

Yanğın söndürüləndən sonra hadisə yerində altı kişinin meyiti aşkarlanıb.

Məlumatda bildirilir ki, yanğın 300 kv.m sahəni əhatə edib.

Araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью