Tatarıstanda liseyə hücum edən 13 yaşlı oğlan xadiməni bıçaqlayıb | Icma.az
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində 13 yaşlı oğlan liseyə hücum edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, həmin liseyin 7-ci sinif şagirdi Danis adlı yeniyetmə xadiməni bıçaqlayıb. Məktəbli saxlanılıb.
Onun üzərindən bıçaq, maska və taktiki əlcək aşkarlanıb. Məlum olub ki, liseyə hücum edən şəxs terrorçuluğa heyran olub və əvvəlcədən məktəb
Rusiya KİV-i yazır ki, 13 yaşlı yeniyetmənin sosial media hesabları təhsil və ya dini müəssisələrə hücum edən cinayətkarlara istinadlarla do
Danisin hesablarından birinin adı 2022-ci ildə ABŞ-da baş verən kütləvi atışmadan götürülüb.
Danisin sosial media hesablarında Rusiyadakı məktəblərə edilən digər hücumlara və millətçi simvollara da istinadlar olub.
Yeddinci sinif şagirdini tanıyan qohumlarının “Baza”ya dediyinə görə, Danis altıncı sinifdən başlayaraq silahlara və terrorizmə maraq göstərməyə başlayıb.
Daha sonra o, özünün də məktəbə hücum edə biləcəyinə işarə edib. Lakin heç kim onun sözlərinə əhəmiyyət verməyib.
Tam oxu
Xəbəri oxu