Tatarıstanda miqrantlara taksi sürücüsü və mühafizəçi işləmək qadağan edilib

29.01.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Tatarıstanda miqrantlara 2025-ci ilin sonuna qədər taksi sürücüsü və mühafizəçi işləmək qadağan edilib.

Müvafiq sərəncamı respublika başçısı Rüstəm Minnixanov imzalayıb.

Həmçinin əcnəbilərə yükdaşıma, maliyyə xidmətləri, sığorta, hüquq və mühasibatlıq, baytarlıq və avadanlıqların təmiri sahələrində işləmək qadağan ediləcək.

Bundan əvvəl hökumət and içməkdən imtina etdikdə Rusiya vətəndaşlığının verilməsinə qadağa qoymuşdu.

Həmçinin Rusiyada nikah əsasında yaşayış icazəsinin alınması proseduru dəyişib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью