Tatarıstanda yanğın 6 ölü

24.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Tatarıstanda yanğın nəticəsində altı nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks" Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

"Malorençenski qəsəbəsində heyvandarlıq kompleksinin ərazisində fəhlələrin müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş ev yanıb. Binada 39 nəfər olub. Yanğınsöndürənlər yanğını söndürərkən altı kişinin meyitini aşkar ediblər", - məlumatda deyilir.

İlkin məlumata görə, yanğın elektrik avadanlığından istifadə qaydalarının pozulması səbəbindən baş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью