Tatarıstanın rəisi Ələt Azad İqtisadi Zonasını ziyarət edib | Icma.az
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tatarıstanın rəisi Rüstəm Minnixanov Azərbaycana işgüzar səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasını ziyarət edib.
“Report” xəbər verir ki, bu barədə rəisin mətbuat xidməti məlumat yayıb.
Ona Ələt Azad İqtisadi Zonasının əsas üstünlükləri – zonanın müştərilərinə hazır infrastruktur və kommunal xidmətlərlə təmin olunmuş sənaye torpaq sahələrinin, həmçinin bütün növ nəqliyyat və logistika xidmətlərinin təqdim edilməsi barədə məlumat verilib.
Həmçinin qeyd olunub ki, investor əlavə dəyər vergisi, gəlir vergisi, gömrük rüsumları və s.-dən azad edilir.
Ələt Azad İqtisadi Zonasında tikinti işlərinin birinci mərhələsi 2023-cü ildə başa çatıb.
60 hektar ərazidə demək olar ki, bütün torpaq sahələri investorlar arasında bölüşdürülüb.
Hazırda ağır və yüngül sənaye obyektlərinin yerləşəcəyi iki yeni sahənin tikintisi həyata keçirilir.
Tam oxu
Xəbəri oxu