Tatlıses sual verdi: Ərdoğan yenə prezidentliyə namizəd olacağını dedi

12.01.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Ərdoğan növbəti müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

APA xəbər verir ki, Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edən ölkə rəhbəri və məşhur müğənni İbrahim Tatlıses arasında dialoq yaşanıb.

Tatlıses Ərdoğana qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sual ünvanlayıb.

“Sən varsansa, varam”, - dövlət başçısı cavab verib.

Tərəflərin dialoqu "TRT Haber" vasitəsilə yayımlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью