Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq. Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin qardaşı, müğənni Hüseyn Tatlı həbs olunub.
Tribunainfo.az Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb onun taksi sürücüsü ilə arasında baş verən dava olub.
Belə ki, ötən həftə sonu Antalyada bir məkanda səhnəyə çıxaraq konsert verən Hüseyn Tatlı daha sonra onun üçün çağırılan taksiyə minib.
Qaldığı hotelə çatanda sürücü ondan gedişhaqqını tələb edib ki, bu da məkan tərəfindən qarşılanmalı olub.
Bundan sonra tərəflər arasında münaqişə baş verib. Belə ki, iddiaya görə, H. Tatlı onu döymək istəyən taksi sürücüsünü vurub.
Həmin şəxs zərbənin təsirindən yerə yıxılıb. Tatlı isə hotelə doğru hərəkət edərkən sürücünün dostları ona təpik və yumruq zərbələri endirib
Tanımadığı üç nəfər tərəfindən döyülən müğənni yerə yıxılaraq ayağını sındırıb. Xəstəxanaya aparılan müğənniyə dərhal müdaxilə olunub.
Müalicəsi tamamlanan Hüseyn Tatlı taksi sürücüsünün şikayəti əsasında polis tərəfindən nəzarətə götürülüb.