TAU da “Karyera planlaması” çərçivəsində seminar keçirilib

24.11.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Universitetində (TAU) “Karyera planlaması” çərçivəsində növbəti dəfə keçirilən seminarın mövzusu ““Mühəndis olmaq: Təcrübələr, seçimlər və imkanlar” mövzusunda olub.

"Cebheinfo.az" xəbər verir ki, seminarın qonağı görkəmli fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Bilkent Universitetinin Nanotexnologiya Tədqiqatlar Mərkəzinin Emeritus Professoru Əmirulla Məmmədov olub. 

Seminarı giriş sözü ilə açan TAU-nun rektoru dos. Nəcibə Nəsibova tələbələrin şəxsi inkişafı, karyera planlaması və özünüreallaşdırmasına dəstək məqsədilə qlobal universitetlərin nüfuzlu alimləri və iş dünyası sahəsində tanınmış ekspertlərlə davamlı görüşlərin təşkilinin universitetin prioritetləri sırasında olduğunu qeyd edib.

Rektor professor Əmirulla Məmmədovun zəngin elmi fəaliyyəti, beynəlxalq təcrübəsi və fizika sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verərək onun elmi yolunun tələbələr üçün dəyərli təcrübə və nümunə olduğunu vurğulayıb.

O, belə görüşlərin tələbələrin elmə marağının artırılması, gələcək peşə seçimlərinin daha şüurlu şəkildə formalaşması və öz potensiallarını kəşf etmələri baxımından əhəmiyyətini qeyd edib.

Rektor dəvəti qəbul edərək tələbələrlə görüşə gəldiyi üçün prof. Əmirulla Məmmədova təşəkkürünü bildirib.

Daha sonra tədbirdə iştirak edən tələbələrə professor Əmirulla Məmmədovu yaxından tanıtmaq məqsədilə onun həyat və akademik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxışına TAU rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür etməklə başlayan Ə.Məmmədov TAU tələbələri ilə görüşdən məmnunluğunu ifadə edib.
O, Rusiya, ABŞ, Yaponiya və Türkiyə kimi ölkələrdə həyata keçirdiyi beynəlxalq elmi fəaliyyəti, fizika sahəsində eksperimental tədqiqatları, nanotexnologiya sahəsində gördüyü işlər və texnoloji yeniliklər sahəsindəki zəngin təcrübəsini tələbələrlə bölüşüb.

Professor görüş zamanı elmi marağın formalaşması, eksperiment və tədqiqatların əhəmiyyəti, tədqiqatçı düşüncə tərzinin inkişafı və elm sahəsində uğurlu karyera imkanları haqqında fikirlərini tələbələrlə bölüşüb.

O, həmçinin süni intellekt dövründə, xüsusilə kompüter mühəndisləri üçün müxtəlif elm sahələrini əhatə edən biliklərə yiyələnməyin və bu bilikləri real problemlərin həllində tətbiq etməyi bacarmağın əhəmiyyətini diqqətə çatdırıb.

Tələbələrin böyük marağına səbəb olan seminar professor Əmirulla Məmmədovla keçirilən geniş sual-cavab sessiyası ilə yekunlaşıb.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью