Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə-Azərbaycan Universitetində (TAU) “Ümummilli lider Heydər Əliyev irsindən Qarabağ Zəfərinə” mövzusunda seminar keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, tədbirdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, universitetin tələbələri, professor-müəllim və inzibati heyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən TAU-nun strateji inkişaf üzrə müşaviri Tural Qafarlı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Azərbaycanın bugünkü uğurlarının əsasını təşkil etdiyini bildirib. O, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Qarabağ Zəfərindən sonrakı inkişaf mərhələsində isə təhsilin, elmin və insan kapitalının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu baxımdan iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın təzahürü olan TAU-nun missiyasından bəhs edib.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev tələbələrə Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Azərbaycanın dövlətçilik tarixindəki rolu, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib. O, Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi sabitliyin təmin edilməsi, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi və “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaratdığını diqqətə çatdırıb.
R.Mirzəyev vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılması ilə nəticələnib. O, Qarabağ Zəfərinin yalnız hərbi Qələbə deyil, həm də milli iradənin, xalq-dövlət birliyinin və güclü liderliyin təcəssümü olduğunu, bütün bu uğurların isə Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin