Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağstafa rayonu ərazisində “Tava təpə” abidəsində Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqat işləri aparır.
Artıq 5 ildir aparılan arxeoloji tədqiqatlar öz nəticəsini verir.
SİA-nın bölgə müxbiri xəbər verir ki, “Tava təpə” abidəsi Ağstafa rayonu ərazisində, Kür çayından 1,5 km aralıda yerləşir.
Son tunc, ilk dəmir dövrünə aid olan abidə Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığı ərazi olub.
Arxeoloji qazıntılardan artıq müsbət nəticələr əldə edilir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Ağstafa “Tava tə
“Burada müxtəlif məskunlaşma səviyyələrini müəyyənləşdirmişik. Diqqət çəkən yerlərdən biri buradakı ibadətgahdır.
Artıq ikinci ildir ibadətgahda arxeoloji qazıntı işləri aparılır.