Taxıl Azərbaycandan Ermənistana belə çatacaq? KONKRET

21.10.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkə Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. İlk yük Qazaxıstan taxılı olacaq və Aktau-Bakı dəmir yolu vasitəsilə, daha sonra isə Azərbaycan-Gürcüstan marşrutu ilə Ermənistana çatdırılacaq.

KONKRET.az xəbər verir ki , iqtisadiyyat naziri Gevorq Papoyan qeyd edib ki, bu addım sülhün möhkəmlənməsinə və regional kommunikasiyaların açılmasına xidmət edir.

Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi də Azərbaycan Prezidentinin qərarını alqışlayıb, Vaşinqton razılaşmalarına uyğun olaraq etimadın artırılmasının önəmli olduğunu vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью