Taxma kirpiklərin zərərləri

14.10.2026

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gözəlləşmək üçün istifadə olunan taxma kirpiklər göz infeksiyasından tutmuş kirpiklərin tökülməsinə qədər bir çox problemlərə yol açır.

Mütəxəssislər taxma kirpiklərin istifadəsi ilə bağlı xəbərdarlıq edir. Kirpiyə yapışdırmaq üçün istifadə olunan yapışdırıcıların infeksiyalara səbəb ola biləcəyi qeyd edilir.

Həmçinin takma kirpiklərdə yığılan çirk və bakteriyalar gözlərin sağlamlığı üçün təhlükə yaradır.

Gözə ağırlıq etdiyi üçün təbii kirpiklərin incəlməsinə səbəb olan və hətta tökülməsi ilə nəticələnə bilən bu gözəllik vasitəsinə qarşı olduqca diqqətli olmaq tövsiyə olunur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью