Icma.az, Olay.az saytına istinadən bildirir.
“Taxt oyunları”nın ulduzu Kit Harinqton “Harri Potter” serialının ikinci mövsümünə qoşulacaq.
OLAY yazır ki, aktyor Qaranlıq Sənətlərdən Müdafiə fənninin müəllimi, professor Zlatopust Lokons rolunu canlandıracaq. Əvvəlcə bu rola təsdiqlənən Nikolas Holt çəkiliş qrafikindəki uyğunsuzluqlar səbəbindən layihədən ayrılıb.
Qeyd edək ki, Harinqtonun bu obrazla artıq təcrübəsi var. O, 2025-ci ildə “Harri Potter və Sirlər Otağı”nın audio tamaşasında Zlatopust Lokonsu səsləndirib. Aktyor müsahibələrindən birində uşaqlıqda bir çoxları kimi “Harri Potter” kitablarına heyran qaldığını və yeniyetməlik illərində də bu seriyanın böyük pərəstişkarı olaraq qaldığını bildirib.