Taxta bazarında fəhlə öldü

02.09.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Paytaxtın Nərimanov rayonunda yerləşən taxta bazarında ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 1-i saat 07 radələrində Yevlax rayon sakini 1978-ci il təvəllüdlü Zaur Həmidovun meyiti bazar ərazisində tapılıb.

Ziya Bünyadov prospekti 507-də yerləşən bazarda meyiti tapılan şəxsin orada fəhlə işləməsi məlum olub.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью