Taxtadan hazırlanan avtomobili yol polisi saxladı VİDEO

30.06.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Türkiyənin Rizə vilayətinin Çamlıhemşin rayonundakı Ayder yaylasında tamamilə taxtadan hazırlanan avtomobillə həyata keçirilən sürüş sosial şəbəkələrdə böyük maraq doğurduqdan sonra jandarma əməkdaşları tərəfindən araşdırma aparılıb.

Avtosfer.az xəbər verir ki, məlumata görə, avtomobilin sahibi və sürücüsü Muhammet Karaman barəsində qüvvədə olan qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb. Nəqliyyat vasitəsi isə mühafizəyə götürülərək müsadirə edilib.

Tamamilə taxtadan hazırlanan və sosial şəbəkələrdə saatda 79 kilometr sürətə çatdığı görüntülərlə gündəm olan avtomobil qısa müddətdə yüz minlərlə baxış toplayaraq geniş müzakirələrə səbəb olmuşdu.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью