Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Oktyabrın 7-də evdən bibisi oğlu ilə görüşmək adı ilə çıxan və həmin gündən itkin düşmüş kimi qeydə alınan Seymur İsmayılovun Samur-Abşeron kanalına düşdüyü məlum olub.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki gün öncə Taxtakörpü su anbarından tapılan meyitin DNT analizi ilə sübut olunaraq, Seymur İsmayılova məxsus olması təsdiqlənib.
MÖVZU İLƏ BAĞLI:“Taxtakörpü” su anbarından meyit tapıldı Bu barədə ATV-də efirə gedən "Bizimləsən" verilişində də məlumat verilib.
Aparıcı Zaur Baxşəliyev mərhumun anası ilə bağlantı quraraq ailəyə başsağlığı verib.Faktı Quba rayon prokurorluğu araşdırır.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.