Tayani: Azərbaycanla ortaq mövqeyimiz var

23.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və İtaliya beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış edir və əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı Rusiya, Ukrayna və ABŞ arasında aparılan danışıqlar, infrastruktur layihələri və beynəlxalq siyasətin digər aktual məsələləri müzakirə olunub.

Nazirin sözlərinə görə, tərəflər bir çox məsələlərdə ortaq baxışa malikdir. O, bugünkü görüşün Azərbaycan-İtaliya münasibətlərində keyfiyyətcə yeni mərhələyə keçid üçün imkan yaratdığını vurğulayıb.

A.Tayani mədəni əməkdaşlığın əhəmiyyətinə də toxunub. O, Azərbaycan-İtaliya Universiteti ilə yanaşı, İtaliyanın iki arxeoloji ekspedisiyasının Azərbaycanda fəaliyyət göstərdiyini bildirib. Bu ekspedisiyaların İtaliya universitetlərinin Azərbaycanın qədim tarixinə və mədəni irsinə marağını nümayiş etdirdiyini qeyd edib.

İtaliyalı nazir ölkəsindəki arxeoloqların da bu tədqiqatlarda iştirak etməyə hazır olduğunu söyləyib.

A.Tayani çıxışının sonunda 20 Yanvar faciəsi qurbanlarını yad edib. O, Qız qalası yaxınlığındakı Şəhidlər xiyabanında məzarlığı ziyarət edərək sovet ordusunun repressiyası nəticəsində həlak olan azərbaycanlıların xatirəsini ehtiramla yad etdiyini bildirib. Nazir məzarların üzərindəki fotolara baxarkən şəhidlərin, xüsusilə də gənclərin yaşlarının onda dərin təəssürat yaratdığını vurğulayıb.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью