Tayani: İtaliya PURL proqramında iştirak etməyəcək

03.12.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İtaliya Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL proqramında iştirakını dayandırır.

Bu barədə "Bloomberg" ölkənin xarici işlər naziri Antonio Tayaniyə istinadla məlumat yayıb.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə sülh danışıqları davam etdiyi müddətdə İtaliyanın PURL-da iştirakının vaxtı çatmayıb.

"Əgər biz razılaşmaya nail olsaq və döyüşlər dayandırılsa, silaha artıq ehtiyac olmayacaq. Başqa şeylər lazım olacaq – məsələn, təhlükəsizlik zəmanətləri", – deyə Tayani Brüsseldə jurnalistlərə bildirib.

PURL – ABŞ və NATO-nun müttəfiqlərə Ukrayna üçün Amerika silahlarının birgə maliyyələşdirilmiş şəkildə alınmasına imkan verən mexanizmdir. Təşəbbüsə artıq təxminən 20 ölkə qoşulub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью