Icma.az bildirir, Unikal.az portalına istinadən.
ABŞ-lı məşhur dağ dırmaşanı Aleks Honnold Tayvanda yerləşən 500 metrlik “Taybey 101” göydələninə tamamilə qorumasız – free solo rejimində dırmaşıb.
"Unikal" xəbər verir ki, 101 mərtəbəni qət etmək Honnolda cəmi 91 dəqiqə vaxt aparıb. O, nə tros, nə qoruyucu kəmər, nə də təhlükəsizlik avadanlığı istifadə edib.
Honnold bu binaya qalxan ilk şəxs deyil, lakin onu tamamilə müdafiəsiz fəth edən ilk insan kimi tarixə düşüb.