Tayland immiqrasiya polisi dörd rusiyalını deportasiya edib

23.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Taylandın immiqrasiya orqanları yaşayış tələblərini pozduqlarına görə dörd rusiyalını deportasiya edib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Saxlanılan bütün ruslar kral polisinin müşayiəti ilə paytaxtın Suvarnabhumi hava limanına aparılıb və oradan Moskvaya göndərilib.

Rusiyanın Krallıqdakı səfiri Yevgeni Tomixin daha əvvəl bildirmişdi ki, 2025-ci ildə 100-dən çox rusiyalı immiqrasiya qanunlarını pozduqlarına görə Taylanddan deportasiya edilib.

Onun sözlərinə görə, deportasiyaların artması rusiyalılarla bağlı hər hansı xüsusi siyasətlə deyil, immiqrasiya qaydalarının pozulması ilə bağlıdır. Vizasız rejimə əsasən, rusiyalılar Taylandda 60 gün qala bilərlər və vizasız möhürün müddəti bitməzdən bir-iki həftə əvvəl əlavə 30 gün ödənişli müddətə uzadıla bilər.

Maqsud

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью