Taylanda getmək istəyən azərbaycanlılara xoş xəbər

02.09.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan vətəndaşları Taylanda vizasız gedə biləcəklər.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, 15 sentyabr 2026-cı ildən etibarən Azərbaycan vətəndaşları Taylanda səfər edərkən əvvəlcədən viza almaq məcburiyyətində qalmayacaqlar.

Viza ölkəyə giriş zamanı hava limanında Visa on Arrival (gəlişdə viza) formasında veriləcək. 

Bu viza ilə Azərbaycan vətəndaşları Tayland ərazisində 15 günədək qalmaq imkanı əldə edəcəklər.


Şahanə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью