Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Həftələrdir davam edən şiddətli yağışların yaratdığı daşqınlar səbəbindən Taylandda ölənlərin sayı artmaqdadır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tayland Meteorologiya Agentliyi açıqlama yayıb.
Açıqlamada paytaxt Banqkok da daxil olmaqla, ölkənin mərkəzi, şərq və cənub hissələrində şiddətli yağışlar səbəbindən daşqın riskinin bu həftə də davam edəcəyi qeyd olunub.
Milyonlarla insanın daşqınlardan təsirləndiyi, ölkənin 8 bölgəsində ölənlərin sayının 31-ə çatdığı qeyd edilib.
Bildirib ki, 16 sentyabrdan etibarən Taylanda təsir edən güclü yağışların yaratdığı daşqınlardan ölkə daxilində 3,5 milyondan çox insan zərər çəkib.
İbrahim Cəfərov