Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Taylandda fil öz qurbanını həyat yoldaşı da daxil olmaqla, digər turistlərin gözü qarşısında öldürüb.
Reyting.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Faciə Taylandın Khao Yai Milli Parkında baş verib.
Qəzetin yazdığına görə, turistlər düşərgə yaxınlığında gəzərkən vəhşi heyvan qəfildən onlardan birinə hücum edib. Fil adamı xortumu ilə tutub yerə çırpıb və sonra tapdalayıb.
V. QULİYEV