Taylandda gecə klubunda dəhşətli yanğın: 27 nəfər öldü Video

13.07.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Bazar günü axşam saatlarında Taylandın paytaxtı Banqkokda bir gecə klubunda baş verən yanğın nəticəsində ən azı 27 nəfər həlak olub.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, daha 22 nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir.
Sosial mediada yayılan görüntülərdə panikaya düşmüş müştərilərin qışqıraraq “Rong Beer Na Lat Phrao”nun alovla örtülmüş giriş qapısından qaçdıqları görünür.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi


Banqkok şəhərinin rəsmiləri yanğının kondisionerdəki elektrik qısaqapanmasından meydana gəldiyini açıqlayıblar.
Hakimiyyət orqanları hərtərəfli araşdırma aparılacağına söz verib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью