Taylandda güclü zəlzələyə görə məktəbləri bağladılar

28.03.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Taylandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb.

Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Phethonqthan Çinavat məlumat verib:

“Bütün dövlət qurumları məlumatlandırılıb və məktəblərə uşaqları erkən evə göndərmək tapşırılıb. Hökumət həmçinin növbəti 24 saat ərzində daha çox yeraltı təkanların baş verə biləcəyi barədə xəbərdarlıq edib”.

Taylandın Fəlakətlərin Qarşısının Alınması Departamenti zəlzələnin ölkənin demək olar ki, bütün bölgələrində hiss edildiyini bildirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью