Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Taylandın Khao Yai Milli Parkında kamp quran 69 yaşlı turist Ciratacay Cirapatbunyatorn fil hücumuna məruz qalaraq ölüb. Hadisə səhər saat 05:30 radələrində çadırının yaxınlığında baş verib.
BAKU.WS xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, meşə sərhədindən kənarda gəzən fil turisti xortumuyla tutaraq yerə yıxıb və üzərinə basıb. Digər kampistlər təhlükə səbəbi ilə müdaxilə etməyiblər.
Təxminən 20 metr məsafədə baş verən hadisə yerində turist ölüb. Milli Park əməkdaşları və polis dərhal hadisə yerinə gəlib, fili ərazidən uzaqlaşdırıblar.
Səhiyyə əməkdaşlarının araşdırmasında turistin bədənində müxtəlif qırıq və ağır xəsarətlər aşkar edilib.