Taylandda “mini əjdaha” tapıldı

18.08.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Taylandın dağlıq meşələrində alimlər kiçik ölçülü yeni kərtənkələ növü aşkar ediblər.

Lent.az xəbər verir ki, bu barədə SciTechDaily məlumat yayıb.

Yeni canlı qərbi Taylandın yüksək dağlıq meşələrində aşkarlanıb. Kiçik ölçüsü və görünüşünə görə tədqiqatçılar ona “mini əjdaha” ləqəbi veriblər.

Alimlərin fikrincə, regionun çətin keçilən meşələrində hələ elmə məlum olmayan başqa canlı növlərinin də olması mümkündür. Yeni kəşf tropik meşələrin biomüxtəlifliyinin nə qədər zəngin olduğunu bir daha göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью