Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Taylandın Çon Buri sahillərində “Venus 14” adlı neft tankeri aşıb. Hadisə nəticəsində gəminin altı nəfərlik heyətinin hamısı itkin düşüb.
Turkustan.az xəbər verir ki, “Bangkok Post” qəzetinin Tayland Kral Donanmasına istinadən yaydığı məlumata görə, yanacaq daşıyan tanker Çon Buri sahillərində qəzaya uğrayıb.
Gəminin altı heyət üzvünün itkin düşməsindən sonra ərazidə axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Bununla yanaşı, hakimiyyət orqanları mümkün neft sızması və dənizin çirklənməsi riskinə qarşı qabaqlayıcı tədbirlər görür.
Aytən Yaşar/Turkustan.az