Taylandda təyyarə dənizə düşdü Polislər öldü

25.04.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Taylandın Praçuab Kiri Xan əyaləti sahillərində kiçik mühərrikli təyyarə dənizə düşüb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hadisə nəticəsində 6 polis əməkdaşı həlak olub.

Tayland polisinin verdiyi açıqlamaya görə, Praçuab Kiri Xan əyalətinin Hua Hin rayonunda kiçik bir polis təyyarəsi paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb.

Hadisə ilə bağlı araşdırmalara başlanıb.

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью