Taylandda turist avtobusu qəzaya uğrayıb

02.01.2025

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

30 nəfər xəsarət alıb: 5 nəfərin həyatını xilas etmək mümkün olmayıb

Tailandda turist avtobusu qəzaya düşüb. AYNA “Thai Rath”a istinadən bildirir ki, qəza nəticəsində 30 nəfər xəsarət alıb. 5 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

“Surat Thanidə avtobus aşıb və yolun kənarına düşüb, çoxlu sayda yaralı var. Zərərçəkənlər xəstəxanaya çatdırılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, avtobusda olan sərnişinlər Samut Saxon sakinləridir. Onların əksəriyyəti yaşlı insanlar olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью