Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Taylandın Çonburi əyalətində uşaq bağçasında baş verən atışmada bir nəfər həlak olub.
Bakıvaxtı.az "The Straits Times" qəzetinə istinadən xəbər verir ki, yerli polis əməkdaşı uşaq bağçasına daxil olub.
O, müəllimə işləyən həyat yoldaşı ilə danışdıqdan sonra ona atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb.
Yerli polis binanı tez bir zamanda mühasirəyə alıb və onu saxlayıb.
Atışma zamanı bağçadan 44 uşaq, üç müəllim və üç işçi təxliyə edilib. Atışmanın şahidi olan uşaqlar və işçilər psixoloji məsləhət alacaqlar.
Atışmanın motivi hələlik məlum deyil.
Gülşən Şərif