Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Taylandın Phuket şəhərində baş verən güclü yanğın nəticəsində 11 nəfər ölüb, 16 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, yanğın çoxsaylı mağazaları əhatə edib və ilkin ehtimallara görə, elektrik dirəyində baş verən qısaqapanma nəticəsində başlayıb.
"Bangkok Post" qəzetinin məlumatına görə, hadisə yerli vaxtla saat 03:15 radələrində yol kənarındakı transformatorda baş verən partlayışdan sonra qeydə alınıb. Alovlar qısa müddətdə yaxınlıqdakı motosiklet icarəsi mağazasına və ətrafdakı obyektlərə yayılıb.
Səlahiyyətlilərin bildirdiyinə görə, mağazada neft və digər tezalışan materialların, eləcə də təxminən 100 motosikletin olması yanğının genişlənməsinə səbəb olub. Yanğınsöndürənlər alovu təxminən iki saat davam edən müdaxilədən sonra nəzarətə götürüblər.
Yanğın zamanı yayılan tüstüdən 11 nəfərin həyatını itirdiyi, 16 nəfərin isə xəsarət aldığı bildirilir. Hadisənin qəsdən törədilmədiyi qeyd olunur.
Phuket qubernatoru Çotenarin Kerdsom bildirib ki, istintaqın ilkin nəticələrinə əsasən, fırtına zamanı mağazanın qarşısındakı elektrik dirəyində yaranan qısaqapanma yanğına səbəb olmuş ola bilər.
Aytən Yaşar/ Turkustan.az