Taylanddan BRİCSlə bağlı açıqlama

06.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tayland tərəfdaş ölkə kimi BRİKS-ə qoşulmaq üçün dəvəti almaqdan məmnundur və qrupa tam üzv olmağa çalışacaq. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Tayland Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Phalanqkun TASS-a bildirib. Phalanqkun "Bəzi daxili prosedurlar hələ baş tutmadığı üçün biz hələ rəsmi cavab verməmişik. Amma təbii ki, biz BRİCS-in tərəfdaş ölkəsi olmağa dəvət olunduğumuz üçün şadıq", - dedi. 

"Bildiyiniz kimi, Tayland ən qısa zamanda BRİCS-in tamhüquqlu üzvü olmasını gözləyir. Bu, bizim məqsədimizdir", - o əlavə edib. Xatırladaq ki, noyabrda bir diplomat Taylandın BRİCS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət aldığını bildirmişdi. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью