Taylanddan qayıdan turistlərdə meymunçiçəyi aşkarlandı

18.02.2026

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.



Rospotrebnadzorun (Rospotrebnadzor) Sankt-Peterburq İdarəsinin məlumatına görə, Taylanda turist səfərindən qayıdan rusiyalı turistlərdə meymun çiçəyi aşkar edilib.

Medicina.az xəbər verir ki, Regionlararası İdarə laboratoriyada təsdiqlənmiş iki meymun çiçəyi hadisəsinin aşkarlandığını bildirib.

Yoluxmuş şəxslər dərhal yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Onların vəziyyəti qənaətbəxşdir və həyatları təhlükə altında deyil. Təmasda olanlar da müəyyən edilib və onlar tibbi müşahidə altındadırlar. Beləliklə, infeksiyanın yayılması dayandırılıb.


Aygün Musayeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью