Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Vaşinqton İslam Respublikasına hücumları bərpa edərsə, İran da Avropadakı ABŞ hərbi bazalarına zərbə endirə bilər”. Bu barədə "Tayms" qəzeti yazıb. Nəşr bildirir ki, İranın hücumlarının mümkün hədəfləri arasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı ABŞ hərbi obyektləri var. İran, həmçinin sualtı internet kabellərini sıradan çıxara bilər. Qərb kəşfiyyat orqanları əmindir ki, rəsmi Tehran Avropadakı ABŞ obyektlərinə hücum etmək üçün öz qruplarından və gizli şəbəkələrindən istifadə edə bilər.
XQ