Tayson döyüşdən əvvəl rəqibinə şapalaq vurdu Video

15.11.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu gün gecəyarısı keçiriləcək döyüşdə Ceyk Pol Mayk Taysonla qarşılaşacaq.

Axar.az xəbər verir ki ağır çəki kateqoriyasında çıxış edən 58 yaşlı amerikalı peşəkar boksçu Mayk Tayson boks döyüşündən əvvəl üzləşmə mərasimində 27 yaşlı videobloqer Ceyk Pola şapalaq vurub.

Mayk Tayson 19 ildən sonra yenidən rinqə qayıdır. Ceyk Pol isə karyerasında 12-ci döyüşünü keçirəcək (10 qələbə, 1 məğlubiyyət).

Qeyd edək ki, döyüş Bakı vaxtı ilə noyabrın 16-da saat 04:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью